Al-Sharh( الشرح)
Original,King Fahad Quran Complex(الأصلي,مجمع الملك فهد القرآن)
show/hide
Vasim Mammadaliyev and Ziya Bunyadov(Məmmədəliyev & Bünyadov)
show/hide
بِسمِ اللَّهِ الرَّحمٰنِ الرَّحيمِ أَلَم نَشرَح لَكَ صَدرَكَ(1)
(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)(1)
وَوَضَعنا عَنكَ وِزرَكَ(2)
Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)(2)
الَّذى أَنقَضَ ظَهرَكَ(3)
(Elə bir yük ki) sənin belini bükürdü.(3)
وَرَفَعنا لَكَ ذِكرَكَ(4)
Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)(4)
فَإِنَّ مَعَ العُسرِ يُسرًا(5)
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)(5)
إِنَّ مَعَ العُسرِ يُسرًا(6)
Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)(6)
فَإِذا فَرَغتَ فَانصَب(7)
(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)(7)
وَإِلىٰ رَبِّكَ فَارغَب(8)
Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)(8)